Ukraynanın taleyi həll olunacaq - Plan

15:06 | 09.02.2015
Ukraynanın taleyi həll olunacaq - Plan

Ukraynanın taleyi həll olunacaq - Plan

Almaniya hökuməti dörd dünya liderinin çərşənbə günü Belarusun paytaxtı Minskdə bir araya gələcəyini açıqlayıb. 

ANN.Az Türk mediasına istinadən xəbər verir ki, liderlərin bir araya gələcəyi toplantının əsas mövzulardan biri Almaniya və Fransanın Ukrayna ilə bağlı son sülh planı olacaq.

Rusiya Dövlət Başçısı Vladimir Putin liderlərlə "bəzi məqamlarda" anlaşmalarının təmin edilməsinin lazım olduğunu bildirib. Ancaq Putin bu məqamların nələr olduğunu açıqlamayıb.

Ukrayna Dövlət Başçısı Petro Poroşenko isə sammitin "dərhal və qeyd-şərtsiz" atəşkəs elan edilməsi ilə nəticələnməsini gözlədiklərini qeyd edib.

Almaniya və Fransanın sülh planı isə, Ukraynanın şərqində geniş bir ərazi yaradılmasını və separatçıların sentyabr ayında Belarusun paytaxtı Minskdə keçirilmiş müqavilədə təyin olunan atəşkəs xəttinə çəkilmələrini nəzərdə tutur. Sentyabr ayından bu vaxta qədər Ukraynanın şərqində ələ keçirdikləri əraziləri genişlədən separatçıları isə geri çəkilmək istəmir.

Poroşenko Rus pasportlarını göstərdi

Ukrayna prezidenti Poroşenko Qərb ölkələrini Ukraynaya silah yardımı etməyə çağırıb.

Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında iştirak edən Poroşenko jurnalistlərə Ukraynadakı Rus əsgərlərinə aid olan Rusiya pasportlarını göstərib. Amma buna baxmayaraq, hələ də Rusiya Ukraynanın şərqindəki separatçıları dəstəklədiyi iddialarını rədd edir.

ABŞ isə Ukraynaya silah yardımı etməyi müsbət qiymətləndirir.

Birləşmiş Millətlər Təşkilatının son məlumatlarına görə, Ukraynanın şərqində keçən ilin aprel ayında bu vaxta qədər davam edən qarşıdurmalarda təxminən 5 min 400 adam ölüb.

12 mindən çox adam yaralanıb, bir milyon yarımdan çox adam da evlərini tərk etmək məcburiyyətində qalıb. 600 min adam xaricə qaçıb və bunların 400 min nəfəri Rusiyaya sığınıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM