Ukraynaya 120 ədəd tank veriləcək

23:00 | 31.01.2023
Ukrayna ilkin mərhələdə Qərb ölkələrindən 120-140 ədəd tank alacaq
 
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
 
O qeyd edib ki, bu tanklara ABŞ istehsalı "M1 Abrams", Almaniya istehsalı "Leopard", Britaniya istehsalı "Challenger 2" tankları daxildir. Kuleba deyib ki, Ukrayna Fransanın "Leclerc" tankları verəcəyinə də ümid edir.
 
Onun sözlərinə görə, Ukraynaya tank verəcək ölkələrin koalisiyasında hazırda 12 ölkə var.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM