Ukraynaya hərbi yardımı artırmağın vaxtı çatıb - Mişel

15:18 | 09.02.2023
Ukraynaya hərbi yardımı artırmağın vaxtı çatıb - Mişel

Ukraynaya hərbi yardımı artırmağın vaxtı çatıb - Mişel

Ukraynanı hərbi və siyasi tədbirlərlə dəstəkləmək üçün səyləri gücləndirməyin vaxtı çatıb. Bunu cümə axşamı Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel deyib. 

"Vaxtı yetişib. Biz Ukraynaya həm hərbi, həm də siyasi dəstəyi artırmalıyıq. Qarşıdakı həftələrdə və aylarda dəstəyi genişləndirmək üçün hansı əlavə vasitələrdən istifadə edə biləcəyimizə qərar verməliyik", - Mişel bildirib.

Daha əvvəl TASS agentliyi təyyarələrin Kiyevə təhvil verilməsi ilə bağlı qərarın verilməyəcəyini, müzakirənin NATO-da davam etdiriləcəyini, Zelenskinin səfərinin ilk növbədə "motivasiya xarakteri daşıdığını” bildirmişdi.
 
2022-ci ilin fevralın 24-də Rusiya prezidenti Putin Ukraynada hərbi əməliyyatların keçirilməsi ilə bağlı fərman imzalayıb. Bu gün əməliyyatların davam etməsin 351 gün keçir. Müharibə başlayandan Amerika və Avropanın bir çox ölkəsi Rusiya prezidentinə qarşısərt sanksiyalar tətbiq ediblər. Artıq sanksiyaların 10-cu 
paketi hazırlarnır. Bildirilib ki, 10-cu paketə iqtisadi məsələlər daxil edilməyəcək. Bir ilə yaxın müddətdə Putinə etiraz olaraq dünyanın bir çox brend şirkətləri Rusiya bazarını tərk edib. 
 
2022-ci ilin yekunlarına dair mətbuat konfrsında Rusiya prezidenti bildirib ki, 2023-cü il ən qısa zaman ərzində müharibəni bitirmək niyyətindədir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM