Ukraynaya verilən həlledici silahların adları açıqlanıb

22:00 | 25.01.2023
Ukrayna Silahlı Qüvvələrinə son günlər verilən, gündəmin müzakirəsində olan əks-hücum əməliyyatları üçün silahların adları məlum olub.

Ukraynanın hərbi arsenal üzrə eksperti Maksim Marçuk bildirib ki, Ukraynaya piyadaların zirehli maşınlarının tədarükü həyata keçirilir, əsas məsələ logistika və vaxt ilə bağlıdır:

"Maşınların çox hissəsi artıq yoldadır. ABŞ-ın bizə təqdim etdiyi "Patriot” sistemləri ilə bağlı uğurlu təlimlər keçirilir, sistemlərin bir qismi artıq istifadə olunur. ABŞ həmçinin bizə "Abrams” tanklarının ən son və sondan öncəki nəsillərini tədarük etməyə söz verib. Estoniya bizə 155 kalibrli haubitsalar, həmçinin 152 və 155 kalibrli sursat təqdim edəcək", - deyə, o, əlavə edib.

Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets isə "Report"un Şərqi Avropa bürosuna açıqlayıb ki, hazırda Ukrayna Silahlı Qüvələri hələ müharibənin əvvəlində haqqında söhbət gedən silah-sursat alır:

"Söhbət Qərb istehsalı olam tanklardan və zirehli transportyorlardan gedir. Artıq Ukraynaya Böyük Britaniya istehsalı olan ağır, 70 tonluq "Challenger-2” tanklarının, Fransanın AMX-10 RC tanklarının tədarük ediləcəyi elan edilib. Bundan başqa, Fransanın "Leclerc” və Almaniyanın "Marder” tanklarının, "Gepard” HHM sistemlərinin və "Leclerc-2” tanklarının tədarükü də müzakirə mövzusudur. Tədarükü müzakirə olunan daha bir hərbi texnika ABŞ istehsalı olan "Abrams” tanklarıdır. Ukrayna ordusu müdafiəni və hücum əməliyyatlarını təşkil etmək üçün bu hərbi texnikalara ehtiyac duyur. Bizə bunlar lazım idi. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı da bu haqda danışıb. Bilirik ki, bütün dünyada Sovet istehsalı olan texnikanın ehtiyatları demək olar ki, tamamilə tükənib. Buna görə də, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini təmin etmək üçün Qərb müttəfiqlərimiz bizə Qərb istehsalı olan texnikalar verməlidir. Qərb müttəfiqlərimiz buna hazırdır. Artıq Böyük Britaniya, Fransa, Polşa və ABŞ-da bu barədə siyasi qərar qəbul edilib. İndi işin növbəti mərhələsi – bu texnikanın Ukrayaya təqdim edilməsi, Ukrayna hərbçilərinə təlimlərin keçirilməsi tələb olunur ki, bu da artıq tam sürəti ilə davam edir" - deyə, Berezovets vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb