Ulduz futbolçu Lionel Messi Kriştiano Ronaldonu geridə qoyub

17:02 | 21.09.2022
Ulduz futbolçu Lionel Messi Kriştiano Ronaldonu geridə qoyub

Ulduz futbolçu Lionel Messi Kriştiano Ronaldonu geridə qoyub

Ulduz futbolçu Lionel Messi Kriştiano Ronaldonu geridə qoyub.
 
"Fransa Ligue 1”-də məğlub olmadan irəliləyən PSG "Lyon”u Messinin vurduğu qol ilə 1-0 məğlub edib. Lionel Messi bu qolu ilə Kriştiano Ronaldonu geridə qoya bilib. Bu barədə Türkiyənin "Sabah” saytı bildirilib.

Mövsümə böyük bir giriş edən fransız nəhəngi 8 matçın sonunda 7 qalibiyyət və 1 bərabərliklə liderliyini davam saxlayıb.

Sentyabrın 18-i "Lion”la qarşılaşmada "PSJ”  Lionel Messinin vurduğu qolu ilə qələbə qazanıb.

Qələbə xallarını  22-yə çatdıran "PSJ”-nin ən yaxın rəqibi isə 20 xalla "Marsilya”dır.  "PSJ” bu sezon 8 maçta 26 qol atıb və qapısında 4 qol görüb.
Mövsümə yaxşı bir başlanğıc edən Lionel Messi 8 oyunda 4 qol və 7 asist edib. Argentinalı ulduz "Lion”a vurduğu qoldan sonra Kriştiano Ronaldonu qol sayında qabaqlayıb.

Lionel Messi Kriştiano Ronaldodan 150 matç daha az oynamasına baxmayaraq, (penalti qolları daxil olmadan) 672 qol vurmağı bacarıb. O, qollarının sayına görə 671 qol sahibi olan Ronaldonu geridə qoyub.

Digər tərəfdən, Lionel Messi Çempionlar Liqasında ard-arda 18 sezonda da qol vurmağı bacaran ilk oyuncu olub.
 
 
Sadiq Cavadov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti