Ulduzların çılpaq şəkilləri yayıldı: "Apple" zərbə aldı

17:55 | 05.09.2014
Ulduzların çılpaq şəkilləri yayıldı: "Apple" zərbə aldı

Ulduzların çılpaq şəkilləri yayıldı: "Apple" zərbə aldı

"Apple" şirkətinin "iCloud" sistemindən başda Cenifer Lourens və Keyt Apton olmaqla, bir çox məşhurların ​​fotoşəkillərinin oğurlanması "Apple" şirkətinə birjada da zərbə vurub. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, dünən hissələr "Nasdaq" birjasında 103 dollardan 98,94 dollara qədər enib. "Apple"-ın bulud informasiya sistemi "iCloud"da məşhurların fotoşəkillərinin oğurlanması "Apple"ın hissələrinə mənfi təsir edib. 

 "Apple"-ın 9 sentyabrda reallaşacaq təqdimatında "iPhone 6" və "iWatch" məhsullarını təqdim edəcəyi gözlənilir. Ancaq Hollivud məşhurlarının özəl fotoşəkillərinin oğurlanması bu təqdimatı kölgədə qoyub. 

 Mobil pulqabı təhlükəsiz olacaqmı? 

 Apple CEO-su Tim Kukun "iPhone 6" təqdimatında yeni mobil ödəmə sistemini tanıtması gözlənilir.Oğurluq hadisəsinin baş verməsi "Apple" üçün pis nəticələnib. Skandal, tanıdılacaq mobil pulqabı və səhiyyə xidmətlərinin təhlükəsizliyinin də şübhə altında qoyub. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb