Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum festivalı” adlı kampaniyaya başlayıb. 15 noyabr-15 dekabr 2014- cü il tarixləri arasında keçirilən bu kampaniya çərçivəsində Ulduzum proqramının seçilmiş tərəfdaşları Bakcell abunəçilərinə xüsusi əlavə endirimlər təqdim edəcəklər.30%- ə dək endirim təqdim edən seçilmiş Ulduzum tərəfdaşları barədə daha ətraflı məlumat əldə etmək üçün “777” yazıb 5555-ə pulsuz SMS göndərmək yetərlidir.Ulduzum festivalında iştirak edərək əlavə endirimlər almaq üçün Ulduzum abunəçiləri *5555#YES yığmalı və ya “*” işarəsini SMS vasitəsilə 5555 qısa nömrəsinə yollamalıdırlar. Sistem tərəfindən abunəçiyə 4 rəqəmli şifrə təqdim olunacaq. Şifrənin əldə olunma dəyəri 0.03 AZN təşkil edir. Həmin şifrəni seçilmiş Ulduzum tərəfdaşına təqdim etməklə əlavə endirim almaq olar. Gün ərzində hər bir abunəçi 10 dəfə şifrə əldə edə bilər. Əldə olunan hər bir şifrənin etibarlılıq müddəti 24 saat təşkil edir.Bir ildən az müddət ərzində Ulduzum proqramına 700.000-dən çox abunəçi qoşulub.Proqramın 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !