"Qafqaz Əmirliyi" qruplaşmasının başçısı Ermənistanda terror aktı törətməklə hədələyib. ANS PRESS-in Ermənistanın tert.am saytına istinadən verdiyi məılumata görə, D. Umarov Soçidə partlayışlar törədərək Qış Olimpiadasının keçirilməsinə mane ola bilməsə ölkə xaricində olan rus obyektlərini hədəf almaq niyyətindədir. Ermənistan mətbuatının məlumatına görə, Ermənistannın özündə mühafizəsi zəif təşkil edilən Rusiya obyektləri var ki, burada istənilən an partlayış töröətmək mümkündür. Qeyd edək ki, Doku Umarov dəfələrlə bəyanat verərək Soçi Olimpiadasının baş tutmaması üçün bu şəhərdə və Rusiyanın müxtəlif regionlarında teror aktı tərədəcəyi ilə bağlı hədələr səsləndirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !