• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

"UNEC Conversation Club" iştirakçıları AccessBank-da gedən İT əməliyyatlar barədə məlumatlandırılıb

04.06.2018 14:15
AccessBank-ın dəstəyi ilə reallaşdırılan "UNEC Conversation Club" layihəsi uğurla davam etdirilir.

Tələbələrə ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihə çərçivəsində AccessBank-ın İT əməliyyatlar departamentinin direktoru Emin Eldarov "UNEC Conversation Club" iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb və onların suallarını cavablandırıb.

Departament direktoru tələbələrə bildirib ki, zamanın tələbinə uyğun olaraq, AccessBank innovativ bir maliyyə institutuna çevrilib: "Biz elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyaları hər bir sahəyə sirayət edib. Bu sahə inanılmaz sürətlə inkişaf edir və biz ümumi trenddən geri qala bilmərik. İT sahəsində sürətlə gedən proseslər müştərilərin istəyinə də təsir edir. Ən yüksək səviyyədə xidmət hər bir müştərinin haqqıdır və biz bunu anlayır, biznes proseslərini buna adaptasiya edirik".
 
Tələbələrin sualına cavab olaraq bildirib ki, İT əməliyyatlar departamenti gənc və peşəkar kadrlardan ibarətdir: "Sizin hər biriniz bizim komandamıza qoşula bilərsiniz. Bundan başqa, mən sizi bankımızda praktika keçməyə də dəvət edirəm".

Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir. Seminarı müvəffəqiyyətlə bitirən tələbələr bank tərəfindən mükafatlandırılacaq.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol