UNESCO tərəfindən Azərbaycanla bağlı yubileylər keçiriləcək

13:51 | 22.11.2013
UNESCO tərəfindən Azərbaycanla bağlı yubileylər keçiriləcək

UNESCO tərəfindən Azərbaycanla bağlı yubileylər keçiriləcək

Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov bildirib ki, noyabrın 20-də keçirilən UNESKO Baş Konfransın 37-ci sessiyası çərçivəsində qurum tərəfindən 2014-2015-ci illərdə qeyd ediləcək yubileylər siyahısı təsdiq edilib.Azərbaycan tərəfindən bu siyahıya təqdim edilən aşağıdakı yubileylər - görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100, orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd Əl-Bərdəçinin vəfatının 1100 illikləri, eləcə də İran, Türkiyə və Tacikistanla birgə Əbdülqədir Maraağayinin “Ma-qasid əl=Əlhan” əsrinin 600 illiyi daxil edilib.Beləliklə, Baş Konfrans tərəfindən bu yubileylər təsdiq edilməklə, UNESKO kimi nüfuzlu beynəlxalq təşkilat Azərbaycanın görkəmli şəxslərinin yubileylərinin beynəlxalq səviyyəsində qeyd olunmasına qoşulub.//İtv.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb