Unibank ın ümumi mükafat fondu 100. 000 manatı ötən iki lotereyasının qalibləri açıqlanıb.
Bankın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 76 qalibi seçilib. Tirajda 1 nəfər 500 AZN, 25 nəfər 100 AZN, 50 qalib isə hərəyə 50 AZN pul mükafatı əldə ediblər. 24 oktyabr-31 dekabr müddətində davam edən lotereyanın ümumi uduş fondu 5500 AZN təşkil edib.
Unibankdan kredit götürənlər də pul mükafatı qazanır. Bankın “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının üçüncü tirajının qalibləri artıq müəyyən olunub. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Lotereya tirajlarında ümumilikdə, 390 lotereya iştirakçısı qalib elan ediləcək. Uduşun ümumi fondu 90 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajda 20 nəfər qalib 100 manat , 4 nəfər qalib 500 manat və 2 nəfər qalib isə 1000 manat pul mükafatı əldə edəcək.Hər iki lotereyanın qaliblərinin siyahısı “525-ci qəzet”də (17.01.2014 tarixli sayında) və unibank.az (http://unibank.az/az/about-bank/news/) saytında açıqlanıb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !