"Unibank”
KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr
2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Üçüncü
rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 2 milyon manat olub. 2019-cu ilin 3-cü
rübü ilə müqayisədə 2020-ci ilk 9 ayında "Unibank”ın faiz gəlirləri 8% artaraq, 64 milyon manat təşkil edib. Hesabat
dövrünün sonuna Bankın cəmi aktivləri 753 milyon
manat olub.
2020-ci
ilin ilk 9 ayı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında
iştirakını davam etdirib. Ümumi kredit portfeli bu ilin əvvəlindən 50 milyon manat (və ya 10%) artaraq 557 milyon manata çatıb. İlin ilk 9 ayı ərzində xüsusən
biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta
sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən 16 %
artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin
məbləği 95 milyon manat təşkil
edib. "Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində
may ayından başlayraq 3 milyon
manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.
İlin əvvəlindən
30 sentyabradək "Unibank”ın depozit portfeli 474 milyon manat təşkil edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !