"Unibank” KB-nın Korporativ
biznes üzrə Baş inzibatçısı Tural Hüseynov, ölkə bank sektorunda ilk olan bu
xidmətin biznesin işini daha da asanlaşdırmaq məqsədi daşıdığını bildirib: "Biznes sahibləri üçün hər dəqiqə qiymətlidir.
Yeni xidmət sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən bankın
filiallarına gəlmədən, çox qısa zamanda istifadə imkanı yaradır. Sadəcə
internet bankinq-lə müraciət edilir, Asan İmza vasitəsilə imza atılır və cəmi 5
dəqiqə ərzində vəsait müştərinin cari hesabına köçürülür. Sahibkar hətta ölkə
xaricində olanda da, elektron müraciət etməklə, kredit xəttindən istifadə edə
biləcək. Yeni xidmət həm sahibkarın banka gələrək zaman itirməsinin qarşısını
alır, həm lazım olan anda maliyyə vəsaitinə çıxışı təmin olunur, həm də sənədləşmə
işləri avtomatlaşdırıldığından hər dəfə sənədlərə imza atmağa ehtiyac qalmır”.
Qeyd edək ki, Unibank korporativ
müştərilərinə onlayn kredit xidmətini də göstərməkdə davam edir. 6
aydan çox "Unibank”la əməkdaşlıq edən hər bir müştəri üçün müəyyən kredit
limiti hesablanır. Bu limitin miqdarı bir çox amillərə - hesabdakı dövriyyəyə, əmək
haqqı layihəsindəki işə, ekvayrinq üzrə əməkdaşlığa, kredit tarixçəsinə və s.
bağlıdır.
Müştəri özünə aid olan məbləği öz İnternet Banking-də ayrıca bir
sütunda görür və istənilən vaxt o məbləğdən istifadə edə bilir. Bunu etmək üçün
o sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank
kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul
edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Ötən müddət ərzində 100-lərlə
sahibkar "Unibank”ın onlayn kredit məhsulundan istifadə edib.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə
biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan
17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”,
"Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank-
biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Unibank- Biznesinizə daimi dəstək!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !