Unibank bu dəfə də səyahətsevərlərin yanındadır

16:18 | 19.02.2020
Unibank bu dəfə də səyahətsevərlərin yanındadır

Unibank bu dəfə də səyahətsevərlərin yanındadır

Artıq üçüncü ildir ki, intellektual səyahətsevərlərin sevimli yarışması olan "Traveler’s Mind”, 2020-ci ildə də sürprizlərlə doludur. Pulsuz səyahət imkanı qazandıran "UniMiles” kartının baş sponsorluğu və "Vizam.az”ın təşkilatçılığı ilə keçirilən oyunda, bu il 4 intellektual səyyah Cənubi Afrikaya səyahət edəcək.

"Traveler’s Mind” 2020-ci il üçün yeni strukturla, əsrarəngiz bir ölkəyə hədiyyəsi ilə sizə yenidən adrenalin dolu günlər yaşadacaq!
 
Yarış bu il iki mərhələdən – Seçmə Oyun və Final Oyun – ibarət olmaqla, 2 gün fərqli tarixlərdə keçiriləcək. "Traveler’s Mind” oyununun builki qalib komandası bütün heyəti ilə Bakı-Keyptaun-Bakı istiqamətinə bilet hədiyyə qazanacaq.

Hər il olduğu kimi bu il də mövzular səyahət, ölkələr, ümumi coğrafiya, səyahətlə bağlı kinolar, kitablarla əlaqəli olacaq.

Tədbirin detalları ilə buradan keçid alaraq tanış ola bilərsiniz: https://bit.ly/38qh0am

Qeydiyyatdan isə bu link https://bit.ly/2DejoDE vasitəsilə keçə bilərsiniz.

Xatırladaq ki, 2018-ci il yarışının qalib komandası Praqaya, 2019-cu ilin qalib komandası isə Rio de Janeyroya pulsuz gediş-gəlişi bileti əldə etmişdir.

"Unibank”ın baş sponsorluğu, "Vizam.az”ın təşkilatçılığı ilə keçirilən "Traveler’s  Mind: Cape Town Edition” tədbirinə "Gəzəyənlər” səyahət cəmiyyəti də dəstək olanlar sırasındadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM