Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas
əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank 30-a
yaxın vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib. Bu dəfə bank daha üç vətəndaşımızın şəxsi
biznesini yaratmaq arzusunu reallaşdırıb.
Həssas əhali qruplarına daxil olan Bakı şəhər
sakinləri Radə Səmədova, Zəminə İslamova və İbrahim Abasov özünüməşğulluq layihəsi çərçivəsində
"Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün
avadanlıqları təqdim edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !