Unibank-dan bayram günləri xəbəri

16:08 | 30.12.2013
Unibank-dan bayram günləri xəbəri

Unibank-dan bayram günləri xəbəri

Unibank Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir, şəxsi həyatlarında və işlərinidə uğurlar arzulayır.Unibank dəyərli müştərilərinin diqqətinə çatdırır ki, yanvarın 6-sı qeyri-iş günü olsa da, filiallar müştərilərinin üzünə açıq olacaq. Hər kəs bank filiallarına müraciət etməklə, bütün bank xidmətlərindən istifadə edə biləcək.Bayram günləri ilə əlaqədar olaraq, 31.12.2013-cü il tarixdən 05.01.2014-cü ilədək bank filialları işləməyəcək. Amma buna baxmayaraq, müştərilər bayram günlərində kredit ödənişlərini Unibank-ın ödəniş terminallarında, unibank.az və hesab.az saytından onlayn, Milli ÖN paypointlərində və Azərpoçt məntəqələrində ödəyə bilərlər.Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb