Unibank-dan xüsusi novruz krediti

16:45 | 17.03.2014
Unibank-dan xüsusi novruz krediti

Unibank-dan xüsusi novruz krediti

Yazın ilk müjdəsi- Unibankdan sərfəli kredit. Bayramın gəlişi münasubəti ilə Unibank müştərilərinə Novruz hədiyyəsi edir. Bu gündən martın 19-dək və martın 24-dən 26-dək istənilən Unibank filialina  müraciət edən müştərilərə kredit komissiyalarında 50% endirim ediləcək. Üstəlik bütün müştərilər  kreditlərdə 6%-dək endirimdən istifadə edə biləcəklər. 

Komissiyaya  50% endirimli Novruz kreditindən hər kəsin faydalanması üçün Unibank  filialları əksər bayram günlərində də, müştərilərinin xidmətində olacaq.  Qeyri-iş günlərində- martın 24-dən etibarən müştərilər Unibank filiallarına  müraciət edə bilərlər. 

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək  Azərbaycan Respublikasının  hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə,  Unibank-dan 7500 AZN-dək  və  48 ay müddətədək kredit götürə bilər. 

Unibank  34 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafiki üzrə çalışır. Filiallalar nahar fasiləsiz işləyir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti