• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Unibank ən böyük biznes filialını açdı

Unibank ən böyük biznes filialını açdı
16.02.2015 17:57
Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını açdı. 

"Unibank- Biznes Mərkəzi” adlanan filial, həm kiçik və orta və həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir. Xətai metrostansiyasının yaxınlığında, Xocalı prospekti 44 ünvanında yerləşən filial digər biznes filiallarından öz böyüklüyünə və daha geniş çeşidli bank xidmətləri və məhsulları ilə fərqlənir. Biznes mərkəzində innovativ məhsulların təklifi və müştərilərin tələblərinə individual olaraq uyğunlaşdırılmış qeyri-standart məhsulların işlənib hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur. Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərəcək. "Unibank -Biznes Mərkəzi”ndə xarici maliyyə instutlarının vəsaitləri hesabına layihələrin maliyyələşdirilməsi geniş tətbiq olunacaq. Filial biznes sahibləri üçün müxtəlif bank məhsulları və xidmətləri göstərməklə yanaşı, müştərilər üçün xüsusi tədbirlər keçirməklə onlar arasında biznes əməkdaşlığının yaranmasına da öz töhvəsini verəcək.

Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. "Unibank –biznes mərkəzi”nin fəaliyyətə başlaması ilə bankın biznes sahibləri üçün ixtisaslaşdırılmış filiallarının sayı 4-ə çatdı. Hazırda bankın "Qara Qarayev”, "Baksovet” və "Dərnəgül” filialları kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir. Yeni filial isə daha çox iri biznes sahiblərinə xidmət göstərəcək. Biznes filial şəbəkəsinin genişləndirilməsində məqsəd, bankın ölkənin iqtisadi inkişafına dəstəyini daha da gücləndirməkdir.

Unibank- Biznesinizə daimi dəstək

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol