Unibank ən yüksək reytinq aldı

17:30 | 10.08.2015
Unibank ən yüksək reytinq aldı

Unibank ən yüksək reytinq aldı

Əgər bank məhsulları və xidmətləri ilə bağlı suallarınıza çox qısa zamanda və dolğun cavab verilirsə, keyfiyyətli cavablardan məmnunsunuzsa, maraqlı məlumatlarla, fərqli kampaniyalarla tanış olmaq imkanınız varsa, demək Unibank-ın rəsmi facebook səhifəsinə daxil olmusunuz.

 Çünki müştəri məmnuniyyətinə nail olmaq Unibank-ın rəsmi facebook səhifəsinin əsas iş prinsipidir. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi https://www.facebook.com/unibank.az artıq neçənci dəfədir ki, beynəlxalq Socialbakers xidməti tərəfindən "Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olur.

Unibank-ın Facebook səhifəsi beynəlxalq xidmət tərəfindən aprelin 1-dən iyunun 30-dək keçirilən monitorinqin də qalibidir və 3 ayın nəticələrinə əsasən, yenidən "Ən sosial yönümlü səhifə” seçilib. Beynəlxalq xidmətin monitorinqi göstərir ki, Unibank Facebook səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən 100%-ni alıb. Bu da hamısı deyil. Albalı Plus kartının rəsmi facebook səhifəsi də (https://www.facebook.com/albaliplus), səhifə istifadəçiləri ilə yüksək kommunikasiyaya görə, Socialbakers-in maksimum 100% reytinqdən 100%-ni də alıb.

Socialbakers (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Qeyd edək ki, hazırda Unibank-ın facebook səhifəsinin istifadəçilərinin sayı 239 mini keçib. Bu da banklar arasında tərəfdaşların sayına görə ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. ALBALI PLUS kartının facebook səhifəsinin istifadəçilərinin sayı isə 118 mini keçib.

Unibank-ı və ALBALI PLUS-u birinci etdikləri üçün Bank bütün Facebook tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank-hər kəsin bankı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti