"Unibank" filialları Yeni illə bağlı gücləndirilmiş iş rejiminə keçib

16:57 | 14.12.2018

"Unibank" filialları Yeni illə bağlı gücləndirilmiş iş rejiminə keçib

İlin sonunadək Unibank filialları həftəsonu gücləndirilmiş iş rejimində işləyəcək. Məqsəd Yeni il öncəsi müştərilərin bank məhsul və xidmətlərinə artan tələbatını daha yüksək səviyyədə təmin etməkdir. Bəzi filiallar həftəsonu saat 15.00-dək, bəziləri isə tam iş qrafiki ilə (18.00-dək) müştərilərə xidmət edəcək. Ümumilikdə şənbə günləri Unibank filialarından 19-u müştərilərin xidmətindədir.
  
Saat 10:00-dan 18:00-dək xidmət göstərən filiallar:
-17 saylı  ("Sahil”); 
-"Əcəmi”; 
-"Sumqayıt”;
- "Neftçilər”;
- "Gəncə”.

Saat 10.00-dan 15.00-dək xidmət göstərən filiallar:
-15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 
- 13 saylı filial ("İnşaatçılar”); 
-"Nərimanov” filialı; 
-10 saylı filial ("Əhmədli”); 
-19 saylı filial ("Bakıxanov”); 
-"Mərdəkan”;
-"Xırdalan”;
- "Kəpəz”; 
-"Şəmkir”; 
-"Tovuz”; 
-"Bərdə”; 
-"Mingəçevir”; 
-"Quba”;
- "Şəki”. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

####

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb