Unibank həssas əhali
qruplarına dəstək olmaqda davam edir
Unibank
özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda
davam edir. Bu dəfə bank daha iki vətəndaşımızın
şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Nazlı Bayramova və Ramil Səmədov
özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar.
Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün
lazım olan bütün avadanlıqları təqdim edib.
Nazlı Bayramova: "Mənim üçün çox sevindirici gün oldu. Nəhayət, ən böyük arzuma
çatdım. Sevdiyim işlə məşğul ola biləcəm. Unibank mənə bu işimi qurmaq üçün
lazım olan avadanlıqları təqdim etdi. Bu layihədə əməyi keçən hər kəsə çox təşəkkür
edirəm!”
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Unibank-hər kəsin bankı!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !