Mərkəzi
Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının
ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri başa çatıb. Azərbaycan Banklar
Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə
Unibank İdarə Heyətinin sədri Fərid Abuşov da iştirak edib.
Unibank sədri
müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə edilən ilk geniştərkibli
işgüzar səfərin yüksək əhəmiyyət daşıdığını bildirib:"Bu hadisə Azərbaycan-ABŞ arasında bank əlaqələrinin inkişafında mühüm mərhələ
oldu. Səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini
təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın
inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər çox məhsuldar keçdi. Müxtəlif
mövzularda təqdimatlar edildi, bank sektoruna dair müasir həllər, biznes,
maliyyə, bank sektoru ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə
iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi
məsələlərinə xüsusilə toxunuldu”.
Azərbaycanın
Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və
digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Səfər
müddətində ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında
görüş olub, eləcə də "Exim Bank" və "Bank of New York
Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq
imkanları müzakirə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !