"Diş
fırçanı kiminləsə bölüşürsən?”- təbii ki, bu suala hər kəs "Xeyr!” cavabı verəcək.
"Unibank”ın kart məlumatlarının təhlükəsizliyi ilə bağlı hazırladığı maarifləndirici
video çarx bu sualla başlayır. İlk baxışdan diş fırçası ilə bank kartı arasında
heç bir bağlılıq olmasa da, hər iki əşyanın başqası ilə paylaşılmasının nə qədər
təhlükəli olduğunu görürük. Diş fırçamızdan başqa birinin istifadəsi səhhətimiz
üçün nə qədər təhlükə yaradırsa, bank kartı məlumatlarının kiməsə verilməsi də maliyyə
təhlükəsizliyimiz üçün o qədər ciddi təhdiddir.
"Unibank”ın
maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər
də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər
ciddi fəsadlara səbəb olacağı çatdırılır. Kart məlumatlarını dələduzlardan qorumağın sadəcə bir yolu var-
bu məlumatları heç kimlə paylaşmamaq.
Xüsusən də
Bankınız tərəfindən sizə göndərilən 3D təhlükəsizlik kodunu heç kimlə
paylaşmayın! Kartınıza aid bütün məlumatlar yalnız sizə məxsusdur. Bu məlumatları
da diş fırçanız kimi heç kimlə bölüşməyin.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !