Unibank KB
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə
bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının uyğun olaraq, müştərilərinə
kompensasiya ödənişlərini başa çatdırıb. Fərmanın icrasına başlanıldığı gündən indiyədək
122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi
həyata keçirilib. Proses dövründə kompensasiya alan müştərilərdən 56 994-ü öz vəsaitini kartla, 65 657 müştəri isə köçürmə ilə alıb. Ümumilikdə müştərilərə
ödənilən kompensasiya vəsaitinin 52 milyon
677 min manatı kartla
verilib. 12 milyon 580
min manat vəsait
isə köçürmə ilə müştərilərə təqdim edilib.
Kompensasiyaların
verilməsi zamanı hansısa səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin
vəsaitləri isə onların bankdakı mövcud cari hesablarına köçürülüb. Bu müştərilərə
SMS bildirişlər göndərilib. Həmin müştərilər istədikləri vaxt şəxsiyyət vəsiqələri
ilə filiala yaxınlaşaraq, vəsaiti məxaric edə bilərlər.
Unibank- hər kəsin bankı!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !