Unibank Beynəlxalq konfransda MDB məkanının
Ən İnnovativ Banklarından biri seçilib. Bu məlumat Gürcüstan paytaxtında
keçirilən "Beşinci KOS Bank Klubunun Konfransı- 2019”da elan edilib və Unibank nümayəndəsinə
bununla bağlı sertifikat təqdim edilib.
MDB-nin aparıcı banklarının iştirak etdiyi beynəlxalq konfransda "Unibank”ın Azərbaycan
bank bazarı üçün bir ilk olan korporativ müştərilərə onlayn kredit xidməti
böyük diqqət çəkib. "Unibank” KB ASC-nin Korporativ biznes üzrə Baş inzibatçısının müavini Samir Mustafayev, konfransda onlayn biznes krediti ilə bağlı geniş təqdimatla
çıxış edib. Təqdimat MDB-nin nüfuzlu banklarının rəhbər şəxslərinin qatıldığı
konfrans iştirakçıları tərəfindən maraqlı müzakirələrə səbəb olub. Samir
Mustafayev bildirib ki, bu xidmət müştəriyə özünə aid olan məbləği İnternet
Banking-də ayrıca bir sütunda görmək və istənilən vaxt o məbləğdən istifadə etmək
imkanı verir. Bunu etmək üçün o, sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə
müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri
cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir.
Unibank bu il onlayn kreditləşmənin daha da inkişafına xüsusi diqqət yetirəcək. Tezliklə müştərilər İB
vasitəsilə həm də böyük məbləğdə kredit xətlərindən istifadə edə biləcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !