Unibank nizamnamə kapitalını 55 mln. manat artırır

15:37 | 03.08.2016
Unibank nizamnamə kapitalını 55 mln. manat artırır

Unibank nizamnamə kapitalını 55 mln. manat artırır

Unibank öz nizamnamə kapitalını 80% artıraraq, 125,565,234.08 manata çatdıracaq. Bu haqda "Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarlarının 2 avqust tarixində keçirilən iclasında qərar verilib.

Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı əlavə səhmlərin buraxılması yolu ilə artırılacaq. Səhmlərin yerləşdirilməsi üzrə, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olaraq "Unicapital"İnvestisiya Şirkəti”Açıq Səhmdar Cəmiyyəti seçilib. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Unibank-ın nizamnamə kapitalı 70 565 232 manatdır. 2 avqustda səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı 1.8 dəfə artacaq. Bu qərardan sonra Unibank ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından birinə çevrilməklə yanaşı, böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək. Hazırda bankın müştərilərinin sayı 800 mindən artıqdır. Real sektorun kreditləşməsində vacib rol oynayan Unibank, qoyulan depozitlərin həcminə görə də bazarda böyük paya malik banklardan biridir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM