Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bank bu sahədə daha bir vacib layihəyə dəstək olub. Unibank qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinə öz töhfəsini verərək "Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb.
Unibank bundan sonra da dövlətçiliyimizin qüdrətlənməsi, ölkəmizin iqtisadi inkişafı və vətəndaşlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu cür vacib layihələrin həyata keçirilməsində yaxından iştirakını davam etdirmək niyyətindədədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !