Unibank xalqımızı
28 May – Respublika Günü münasibəti ilə
təbrik edir. Müstəqilliyimiz əbədi, bayrağımız hər zaman zirvələrdə olsun!
Müstəqilliyimizin
102-ci ildönümünü qeyd etdiyimiz bu gündə Tərtər sakini Həsən Əsgərov üçün
ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda
olduğu şəxsi biznesini yaratmaqda kömək
edəcək. Qarabağ müharibəsi əlili olan Həsən Əsgərov un məhsulları istehsalı ilə bağlı ailə
biznesini böyütmək istəyirdi və yaxın günlərdə bu istəyi reallaşacaq.
Unibank həssas əhali qruplarının özünüməşğulluq
proqramına qoşulub. Tərtər şəhər sakini Həsən Əsgərov da "Unibank”ın qoşulduğu
özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir. Bank öz
korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, həssas əhali
qruplarının özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə vətəndaşımıza öz
biznesini
qurmaqda kömək etməyi nəzərdə tutur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !