"Unibank”ın dəstəyi ilə daha bir vətəndaşımız şəxsi biznesini yaratmaq
arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əsgərov
un məhsulları istehsalı ilə bağlı ailə biznesini bundan sonra çox rahatlıqla böyüdə, ailə gəlirlərini artıra biləcək. Unibank əməkdaşları
bu gün Tərtər sakininə biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə
edib. Həsən Əsgərov "Unibank”ın onun ailəsinə çox böyük sevinc yaşatdığını
bildirib: "Unibank bu gün bir ailəni sevindirdi, bir ailənin daimi gəlir mənbəyinin
formalaşmasına dəstək oldu. Bu sevinci bizə yaşatdığı üçün "Unibank”a, eləcə də
özünüməşğulluq layihəsinin hər bir tərəfdaşına təşəkkürümüzü bildiririk”.
Qeyd edək
ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub.Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar
Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi
biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun
olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin
kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf
etdirmələrinə dəstək olmaqdır.
Korporativ
sosial məsuliyyət Unibankın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank
2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial
Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən
bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir.
Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya
komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq
yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.
Unibank-hər
kəsin bankı!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !