Unibankda ipoteka krediti daha sərfəli olub

12:30 | 08.09.2017
Unibankda ipoteka krediti daha sərfəli olub

Unibankda ipoteka krediti daha sərfəli olub

İndi Unibank-da ipoteka kreditləri daha da sərfəli olub. Mənzil sahibi olmaq istəyənlər, evin ilkin ödənişinin 20% -ni etməklə, 100 min manatadək ipoteka krediti götürə bilərlər. İpoteka kreditləri illik 8% ilə verilir. Unibank İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bu günədək 40 mln. 506 min manatdan çox ipoteka krediti verib. Unibank-ın ipoteka müştərilərinin sayı hazırda 1100 nəfəri keçib.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir. Bu günlərdə Unibank "MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. İpoteka kreditləri Unibank-ın Bakıda "17 saylı” ("Sahil”) filialında, bölgələrdə isə "Sumqayıt” və "Kəpəz” filiallarında ayrılır.

Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq, "hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM