“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək

"Unibank”ın dəstək verdiyi paralimpiya
komandasının üzvləri gələn ilin yayında
Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər. Azərbaycan
Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya
komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya
çempionatında yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya
qazanıblar.
Güllə
atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov
bildirib ki, indi komandanın qarşısında
duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında qələbə
qazanmaqdır: "Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq
ki, idmançılarımızın səyi və daim bizim
yanımızda olan Unibank komandasının dəstəyi ilə Tokiodan qələbə ilə
qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram”.
Tokio-2020-yə
lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının nəticələrini
çox uğurlu hesab edir: "Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq.
Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox
sürətlə inkişaf edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi
hazırlaşmalıyıq”.
Komanda
üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını
qaldırmaqdır: "Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik.
Mən buna görə Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir,
komandamızın yanındadırlar. "Unibank”ın dəstəyi olmasaydı biz çempionata belə
inamla hazırlaşa, qələbəyə hədəflənə bilməzdik”.
Qeyd edək
ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran
dörd lisenziyadan ikisi məhz "Unibank”ın dəstək verdiyi komanda tərəfindən
qazanılıb.
Unibank – hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər