Unibankın dəstəyilə uşaqlar üçün bayram tədbiri keçirilib

Unibank 1
İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ƏƏSMN-nin tabeliyindəki Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində keçirilən tədbirə dəstək olub. Qadın və Uşaqların Təhsilinə
Dəstək İctimai Birliyi (QUTDİB) tərəfindən keçirilən ikigünlük tədbir çərçivəsində
uşaqlar üçün maarifləndirici və əyləndirici proqramlar təşkil edilib.
Tədbir
proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən təcrid edilmədiklərini
və hər zaman diqqət mərkəzində olduqlarını hiss etdirmək, onlara sevinc bəxş
etmək olub.
Tədbir
zamanı uşaqlara nağıllar oxunub, tamaşa nümayiş etdirilib, müxtəlif təlimlər
keçirilib. Animatorun iştirakı ilə əyləncəli oyun və fləşmoblar, rəqslər uşaqları
çox sevindirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat
17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

İqtisadiyyat
12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov

İqtisadiyyat
11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev