Xatırladaq ki, Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
"Əjdaha” lotereyasının ilk qalibləri
öz təəssüratlarını bölüşüblər:
Birinci tirajda iPhone 15 Pro qazanan Y. İbrahimov uzun illərdir Unibank müştərisidir: "Qaliblər
siyahısında olduğumu deyəndə, çox sevindim. Unibank şəffaflığı ilə yenə də fərqini
ortaya qoydu”.
iPhone 15 Pro-nun
daha bir qalibi N.Sadıqov 10 ildən çoxdur Unibank müştərisidir. Lotereya müddətində
daha çox qazanmaq üçün bütün alış-verişlərini, ödənişlərini UCard-la edib:
"Qalib olmağımla bağlı zəng gələndə, əvvəlcə inanmadım, sonra 117-yə zəng edib dəqiqləşdirdim.
Müştərilərinə sevinc yaşatdığına görə "Unibank”a minnətdaram”.
Toyota
Corolla Cross avtomobilinin qalibi E.Yusifov da 5 ildən çoxdur Unibank kartından istifadə edir:
" Doğrusu, lotereyadan məlumatım yox idi deyə, Xəzər TV canlı efirindən zəng gələndə
ki avtomobil qazanmısınız, əvvəl zarafat kimi qəbul etdim. Bu gün burada maşını
təhvil alanda isə o sevinci təkrar yaşadım”.
"Əjdaha”
lotereyasında telefon sahibi olan C.
Rzayev lotereyadan məlumatlı olduğu üçün bütün ödənişlərini Unibank kartı
ilə edib ki, qalib olmaq şansı çox olsun:”Lotereyanın şəffaf keçəcəyinə
inanırdım, amma özümün qalib olacağına yox. İndi hədəfim maşındır. Ona görə
çalışacam ki, şanslarımı daha çox artırım”.
Birinci
tirajın ikinci Toyota
Corolla Cross avtomobilinin qalibi C. Zeynalov üçün də gələn zəng sürpriz olub: "Cəmi bir neçə
gün əvvəl sürücülük vəsiqəsi almışdım, hətta evdə deyirdim ki, maşını yəqin bir
neçə ilə ala bilərəm. Unibank məni çox sevindirdi, arzumu reallaşdırdı”.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və "Əjdaha” lotereyasında iştirak et!
Unibank -Sənin Bankın
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !