Unibankın Novruz kampaniyasından bayram günləri də faydalana bilərsiniz

12:31 | 22.03.2021
Unibankın Novruz kampaniyasından bayram günləri də faydalana bilərsiniz

Unibankın Novruz kampaniyasından bayram günləri də faydalana bilərsiniz

Unibank Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər bir vətəndaşımıza sağlam və bərəkətli bir il arzulayır. 

Bayram günlərində bankın filialları işləməsə də, vətəndaşların kredit müraciətləri qəbul ediləcək. Onlayn kredit müraciəti ilə bağlı keçirilən bayram kampaniyası çərçivəsində istehlak krediti faizlərinə endirim olacaq. "Novruz” kampaniyasına əsasən, onlayn müraciətlər zamanı ayrılan kreditlər 2% daha aşağı faizlə rəsmiləşdiriləcək. Kampaniya martın 31-dək davam edəcək. 

"Unibank”ın biznes müştəriləri də ayın sonunadək davam edən Yaz kampaniyasından faydalana bilərlər. Biznes sahiblər üçün keçirilən "Novruz kampaniyası”nda kiçik və orta sahibkarlar  "Unibank”dan həm 3%-dək endirimli biznes krediti götürmək imkanı qazanırlar, həm də komissiya ödəmirlər.
 
Sahəsindən asılı olaraq, illik 5% -dən başlayan biznes kreditləri və ya 8 faiz subsidiyanın sahibkarlara geri qaytarılması ilə də Unibank sahibkarların yanındadır. İstər "Unibank”ın öz kredit məhsulları, istərsə də Bankın əməkdaşlıq etdiyi Dövlət fondlarının təklif etdiyi çox sərfəli dəstək kreditləri, bu yaz biznesinizi xeyli canlandıracaq. 

"Unibank”ın yaz kampaniyaları fürsətləri təkcə kredit götürmək istəyənlər üçün deyil, bankda əmanət hesabı açmaq istəyənlər üçün də gözəl imkanlar yaradır. Aprelin 7-dək "Unibank”da manat depozit hesabı açmaqla, əmanətinizdən +2% daha yüksək gəlir götürə bilərsiniz. İllik 12%-dək gəlir gətirən əmanətiniz  (https://unbk.az/muddetli) etibarlı bankda qorunmaqla yanaşı, həm də qarşıdakı illərdə maliyyə təminatçınız olcaq. 

Unibank- hər kəsin bankı!



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb