“Unicapital” İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib

"Unicapital İ.Ş.” ASC
2022-ci ilin maliyyə nəticələrini açıqlayıb. Açıqlamaya əsasən, nəticələr üzrə
illik gəlir 2.6 milyon manat olub. Əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən
etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi,
satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların
yaradılmasına yönləndirilib.
Bunun nəticəsində şirkətin
cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 79% artaraq, 18.4 milyon manat təşkil
edib və ilin yekunları üzrə 406.9 min manat mənfəət əldə edilib.
Şirkətin dayanıqlılığının əsas
göstəricilərindən olan kapital adekvatlığı əmsalı normativdən 3 dəfə artıq olub.
Həmçinin, 2022-ci ildə əldə edilmiş texnoloji nailiyyətlər nəticəsində 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan "UTrader” istifadəyə verilib.
Müasir və innovativ
yeniliklərin vəhdətində böyüyən şirkətdə işçi sayı ötən ilə nisbətdə 40%,
qeyri-maddi aktivlərin həcmi isə təqribən 5 dəfə artıb, müştəri sayı 600 000-ə çatıb.
www.anews.az