"Unicapital” İnvestisiya
Şirkətinin Səhmdarının qərarı
ilə Tahir Qəribov "Unicapital” İnvestisiya Şirkəti”
ASC-nin baş meneceri təyin olunub. Tahir Qəribov bu vəzifəyə təyin
olunanadək "Unicapital” Müşahidə
Şurasının müşaviri vəzifəsində
çalışıb.
Tahir
Qəribov Unibank komandasına 2010-cu ildən qoşulub. O, bankda "Lizinq Əməliyyatları Departamentinin rəhbəri”,
"İdarə Heyəti sədrinin törəmə təşkilatları üzrə müşaviri”, "İnvestisiya Bankçılığı Departamentinin
direktoru” və digər vəzifələrdə işləyib. 2018-ci ildən isə "Unicapital” İnvestisiya Şirkətində çalışır.
Nizamnamə kapitalı
100%-lik "Unibank”a məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci
ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli
kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan
bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə
malikdir.
Qiymətli
kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan "Unicapital” İnvestisiya
Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına
malikdir. Uğurlu bazar təcrübəsi sayəsində "Unicapital” istər Azərbaycan bazarına
daxil olmaq istəyən xarici investorlar, istərsə də xarici və yerli qiymətli
kağızlara yatırım etmək istəyən yerli hüquqi və fiziki şəxslər üçün etibarlı tərəfdaşdır.
İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı
investisiya xidmətləri göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !