UNICEF Azərbaycanda keçiriləcək birinci Avropa oyunları ərəfəsində məşəli qəbul edəcək gənci dəstəkləyir

17:12 | 01.06.2015
UNICEF Azərbaycanda keçiriləcək birinci Avropa oyunları ərəfəsində məşəli qəbul edəcək gənci dəstəkləyir

UNICEF Azərbaycanda keçiriləcək birinci Avropa oyunları ərəfəsində məşəli qəbul edəcək gənci dəstəkləyir

Bu gün Azərbaycanda qeyd olunan beynəlxalq uşaqlar günündə namizədliyi UNICEF tərəfindən irəli sürülmüş gənc Aysun Əliyeva Bakı 2015 Avropa oyunlarının məşəlini ölkənin şimal regionu Qubada keçiriləcək mərasimdə qəbul edəcək.

17 yaşlı Aysun Azərbaycanın 19 və 21 yaşınadək qadın milli komandalarının futbolçusudur.

UNICEF Bakı 2015 Avropa oyunlarının İcraçı komitəsi ilə əməkdaşlıqda Azərbaycan gənclərinin həyatının daha da zənginləşdirilməsinə töhfə vermək üçün səy göstərir. Bu tərəfdaşlıq gəncləri təhlükəsiz və inkluziv idmanın onların həyatına necə bəhrə verə biləcəyinə dair səs ilə səlahiyyətləndirir və Avropa oyunlarının sosial irsin inkişaf etdiriməsində rollarını gücləndirir.

Aysun deyir: "Namizədliyimin UNICEF tərəfindən irəli sürülməsindən və məşəlin daşınmasının mənə həvalə edilməsindən və umumiyyətlə bu mərasimində iştirak etməkdən şərəf duyuram. Milli futbol komandasının üzvü olmaq mənim bu günədək əldə etdiyim ən yüksək nailiyyətdir. İndi isə Azərbaycanın bütün uşaqlarını təmsil edərək məşəli qəbul etmək şəxsən mənim üçün və idmanla məşğul olan bütün qız və oğlanlar üçün şərəfli bir məqamdır.”

UNICEF və Bakı 2015 Avropa Oyunlarının icraçi komitəsi arasında əldə edilmiş razılığın bir hissəsi olaraq Təhlükəsiz və inkluziv idman üzrə milli yeniyetmələrin məsləhətləşməsi tədbiri 10-11 iyun tarixlərində Bakıda keçiriləcək. Məsləhətləşmələr zamanı yeniyetmələr həyatlarında idmanın əhəmiyyətini müzakirə etmək və Azərbaycanın Avropa oyunlarına və gələcək iri miqyaslı idman tədbirlərinə ev sahibliyi etməsi nəticəsində uşaq və yeniyetmələr qarşısında açıla biləcək fürsətləri vurğulamaq imkanı əldə edəcəklər.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Shilakadze bildirmişdir: "Bütün uşaqlar istirahət etmək və oyun oynamaq hüququna malikdir. Idman təşəbbüslərində iştirak etmək xüsusilə Aysun kimi qız uşaqları kimi hər bir uşağın fiziki və sosial inkişafının ayrılmaz və əhəmiyyətli hissəsidir. Onun məşəl mərasimində iştirak etməsi Azərbaycan qız və oğlanlarının təhlükəsiz və inkluziv idmandan bəhrələnmək hüququnu və cəmiyyətin bütün aspektlərində ən çox məhrumiyyətlərə məruz qalan uşaq və yeniyetmələri cəlb etmək üçün idmanın vasitə olaraq rolunu işıqlandırır”.

"Aysun ona görə seçilmişdir ki, o, məşəlin daşınması mərasiminin iştirak və öhdəlik kimi əsas dəyərlərini təcəssüm etdirir və o, idmana olan böyük maraq və sadiqliyini artıq nümayiş etdirmişdir. Aysun qız olduğuna görə ailəsinin onun futbol oynamasına etiraz etməsini dəf etmək üçün səy göstərmişdir. Xoşbəxtlikdən Aysun ailəsinin fikrinin dəyişməsinə nail olmuşdur və indi onlar Aysunu böyük potensialı olan gənc futbolçu kimi tam dəstəkləyirlər. Yanaşmalarda olan bu dəyişiklik onun nailiyyət əldə etməsinə yardım edən əsas səbəblərdən olmuşdur.”

Bakı 2015 Avropa oyunlarının UNICEF ilə tərəfdaşlığından danışan Bakı 2015 Avropa oyunlarının Baş icraçı direktoru Simon Kleqq bildirmişdir: "Bu gün UNICEF və Bakı 2015 Avropa Oyunları Komitəsi

üçün gözəl gün idi. Mən Aysunu əldə etdiyi nailiyyətlərə görə təbrik edirəm və ümid edirəm ki, o, əldə etdiyi uğurları ilə Azərbaycanın digər gənclərini də ruhlandıracaq.

"Avropa oyunlarına hazırlıq prosesində və UNICEF ilə tərəfdaşlıq vasitəsilə biz bu oyunların mümkün qədər inkluziv olmasına böyük əhəmiyyət verdik. 16 yaşlı və 16 yaşınadək bütün gənclər etibarlı bileti olan yetkin yaşlı ilə müşayiət olunduqda oyunlarda pulsuz iştirak edə biləcəklər. Və əlbəttə ki, əlilliyi olan tamaşaçıları yerləşdirmək üçün də xüsusi yerlər yaradılmışdır.

"Sevindirici hal ondan ibarətdir ki, Bakı Su Oyunları mərkəzi kimi bir çox mərkəzlər Avropa oyunlarından sonra ictimaiyyətin istifadəsinə veriləcək və ümid edirik ki, bu, daha böyük sayda gənclər üçün bu üstünlükdən bəhrələnərək idmandan zövq almaq üçün imkan olacaq."

Bakı 2015 Avropa oyunlarının məşəli ilk olaraq 26 aprel tarixində Atəşgəh məbədində yandırılmışdır və məşəlin daşınacağı marşrut Azərbaycanın 61 regionundan keçəcək. Bağlanma mərasimi zamanı məşəl söndürülənədək hər bir şəhərdə oyunun simvolu olaraq alov yandırılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti