Аzərbаycаn Dillər Univеrsitеti (ADU) təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.
Report xəbər verir ki, müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini təhsil nazirinin 9 mart 2011-ci il tarixli, 400 nömrəli əmri ilə təsdiq edilmiş "Аli təhsil müəssisələrində kаfеdrа müdiri, dekan və dekan müavini vəzifələrinin tutulmаsı qаydаlаrınа”, həmçinin təhsil nazirinin 7 avqust 1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun bu elan qəzеtdə dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılan ərizə ilə birlikdə Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134 ünvanına göndərə bilərlər.
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
ADU-da bоş оlаn vəzifələr aşağıdakılardır:
1. İngilis dilinin üslubiyyatı kafedrası, dosent -1 yer, müəllim – 2,5 yer
2. İngilis dilinin leksikologiyası kafedrası, dosent – 2 yer
3. İngilis dilinin tərcüməsi kafedrası, baş müəllim – 1 yer, müəllim – 0,5 yer
4. Linqvokulturologiya kafedrası, dosent – 1 yer, baş müəllim- 3 yer, müəllim – 1,5 yer
5. Linqvodidaktika kafedrası, müəllim – 1 yer
6. II xarici dil kafedrası, dosent – 1 yer, baş müəllim – 2 yer, müəllim – 1,5 yer
7. Fransız və italyan dillərinin tərcüməsi kafedrası, dosent – 0,5 yer, baş müəllim – 1,5 yer
8. Alman dili kafedrası, baş müəllim- 1 yer, müəllim – 0,5 yer
9. İspan dili kafedrası, müəllim – 1 yer
10. Azərbaycan dili və ədəbiyyatı kafedrası, dosent – 0,5 yer, müəllim – 1 yer
11. Regionşünaslıq kafedrası, dosent -1 yer, baş müəllim – 1 yer
12. Pedaqogika kafedrası, desent – 1 yer
13. Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrası, baş müəllim – 4 yer
14. Təlimdə innovasiyalar kafedrası, müəllim – 0,5 yer
15. Psixologiya kafedrası, baş müəllim – 1 yer
16. Sosial elmlər kafedrası, baş müəllim – 1,5 yer.
Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2016-cı il dekabrın 22-dən ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !