Universitetlər yeni formada idarə olunacaq

11:39 | 14.06.2017
Universitetlər yeni formada idarə olunacaq

Universitetlər yeni formada idarə olunacaq

Təhsil Nazirliyinin dəstəyi, UNEC, "Clarivate Analytics" ("Thomson Reuters"), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Respublikanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərlərinin qatıldığı konfransda Nobel mükafatçısı Əziz Sancar da iştirak edib. Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün elmin idarə edilməsi sistemini müasirləşdirir: "Bizim zəngin ənənələrə malik olan elmimiz mövcud olub və bu gün də mövcuddur. Biz onu müasirləşdirir və elmin beynəlmiləşdirilməsi prosesini həyata keçiririk. Bu gün bizim təhsil sistemimiz müasir çağırışlara cavab verir”.

Təhsil naziri qeyd edib ki, Azərbaycanda universitetlərin yeni idarəetmə modeli yaradılır.

Nazir deyib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: "Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Bu da gənclərin elmə marağını bir daha artırır".

M.Cabbarov vurğulayıb ki, milli ali təhsilin dayanaqlılığının təmin edilməsini əsas iş kimi görürük: "Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz var. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti