"Qaynarinfo"nun məlumatına görə, Modern.az saytı bununla bağlı dəqiqləşdirmələr aparmaq üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
Məlum
olub ki, Bakı Dövlət Universitetində (BDU) daxili işlər naziri Ramil
Usubov, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanlar
İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi yüksək
postları tutan şəxslər pedaqoji fəaliyyət göstərirlər. Yəni onlar tədris
prosesində iştirak edirlər. Eyni zamanda, universitetdə onlarla belə
tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var.
Ramil
Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni
səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında,
professor A.Paşazadə isə İlahiyyat fakültəsində icra edir.
Milli
Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran
Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov
və bir çoxları BDU-da kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü,
AMEA-nın 20 həqiqi və müxbir üzvü BDU-nun müəllimləridir.
Azərbaycan
Memarlıq və İnşaat Universitetində (AzMİU) baş nazirin müavini Yaqub
Eyyubov İnşaat fakültəsində "Bünövrələr, özüllər və yeraltı qurğular"
kafedrasının, Bakı şəhərinin keçmiş baş memarı Elbəy Qasımzadə Memarlıq
fakültəsində "Memarlıq layihələndirilməsi və şəhərsalma" kafedrasının,
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri İsmayıl Sadıqov Nəqliyyat
fakültəsində "Materiallar müqaviməti" kafedrasının müdiridirlər.
Bundan
başqa, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi -
baş memar Akif Abdullayev Memarlıq fakültəsində buraxılış işlərinin
müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir.
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Məclisin deputatı
Hüseynbala Mirələmov "Neftin və qazın nəqli və saxlanması” kafedrasının
müdiridir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçmiş
maliyyə naziri Əvəz Ələkbərov "Maliyyə və maliyyə institutları”, Milli
Məclisin deputatı Şəmsəddin Hacıyev "Beynəlxalq iqtisadi münasibətlər”,
deputat Xanhüseyn Kazımlı "Qiymət və qiymətləndirmə” kafedrasının
müdirləridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !