• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb
03.09.2024 18:03
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20 827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 186 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.

Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 16 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2024-cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
 
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol