ABŞ-ın yeni təyin edilmiş səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
"Dəqiq tarix məlum olan kimi biz bunu elan edəcəyik” - deyə diplomat vurğulayıb.
Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !