İranın, Azərbaycanın, Orta Şərqin təbii incisi Urmiya gölü sürətlə qurudulur.
ANN.Az-ın GünAzTV-yə istinadən məlumatına görə, gölün qurumasına qarşı aparılan mübarizə indiyədək heç bir nəticə verməyib.
Təqdim edəcəyimiz fotoların üzərindəki etiraz şüarları göllə bağlı böhranından ziyan çəkən bir neçə kənd əhalisi tərəfindən yazılıb.
Şüarlarda deyilir:
«Urmu gölü quruyur. Yəni Azərbaycanın təbiəti və milləti ölür. Biz dünyadan istəyirik ki, bizə yardım etsinlər. ona görə ki, dövlət bizə yardım etmir!» - Bəndər Şərəfxanə qəsəbəsi.
«Biz dövlətdən istəyirik ki, Urmu gölünü qurumaqdan qurtarsın. Bizim bağlarımız quruyur!» - Şeyx Vəli kəndi.
«Nə üçün dövlət bizi düşünmür?! Biz çarəsiz qalmışıq!» – Həfte-Çeşmə kəndi (əsl adı Yeddi bulaqdır).
«Biz BMT və Dünya Ətraf Mühit Təşkilatından Urmu gölününün qurtarılmasını istəyirik. Biz əkinçilər yazıq olduq!» - Əlibəyli kəndi.
Qeyd edək ki, Urmiya gölünün 80 faizə yaxın sahəsi quruyub. Nəticədə duz fırtınası başlayıb. Bu böhranın həm insanların sağlamlığı və həm ekoloji vəziyyətlə bağlı daha ciddi faciələrə yol açacağı gözlənilir.
ANN.Az