Uruqvay prezidenti Xose Muxika FİFA-nı təhqir edib. Apasport.az xəbər verir ki, ölkə rəhbəri dünya çempionatının qrup mərhələsinin son oyununda, İtaliya ilə matçda rəqibin müdafiəçisi Corco Kyellinin çiynini dişləyən Luis Suaresə ağır cəza verilməsindən narazıdı.
O bildirib ki, FİFA faşistcəsinə bir qərar verib: “FİFA fahişə yığınından ibarət bir qrupdu. Suaresə cəza verilməli idi, amma bu qədər ağır olmamalıydı. Faşistcəsinə qərar verdilər”.
Qeyd edək ki, FİFA Suaresə 9 oyunluq cəza verib və onun 4 aylıq futbol fəaliyyətinə qadağa qoyub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !