Uruqvaydan Qarabağa sülh çağırışı

20:00 | 08.12.2014
Uruqvaydan Qarabağa sülh çağırışı

Uruqvaydan Qarabağa sülh çağırışı

İstənilən beynəlxalq münaqişə sülh yolu ilə həll edilməlidir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Yerevanda Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birgə keçirilən mətbuat konfransında Uruqvayın vitse-prezidenti və Senatının rəhbəri Danilo Astori bildirib.

Qarabağ münaqişəsi barədə suala cavab verərkən o vurğulayıb ki, Uruqvay azadlıq, bərabərlik, ədalət kimi dəyərləri müdafiə edir və konfliktin bu dəyərlər əsasında həll edilməsini istəyir: "Bu isə sülh danışıqları olmadan mümkün deyil”

Astori eyni zamanda vurğulayıb ki, Uruqvay münaqişənin bütün tərəfləri ilə müsbət əlaqələr qurmağa cəhd edir: "Biz istənilən beynəlxalq münaqişə məsələsində bu cür yanaşmanı dəstəkləyirik”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti