ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiyanın görünməmiş həddə çatdığını bildirib.Bu barədə o, "Truth Social” platformasında yazıb.
"USAID radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb. Onu bağlayın”, - deyə Tramp qeyd edib.