Ata uşağına paltar ala bilmədiyi üçün məktəbə göndərə bilmir - ŞİKAYƏT/Yenilənib

14:49 | 22.02.2024
Ata uşağına paltar ala bilmədiyi üçün  məktəbə göndərə bilmir - ŞİKAYƏT/Yenilənib

Ata uşağına paltar ala bilmədiyi üçün məktəbə göndərə bilmir - ŞİKAYƏT/Yenilənib

(Xəbərə qara şriflə Gəncə Regional Təhsil İdarəsinin cavabı əlavə edilib)
 
Samuxun Qarayeri qəsəbə sakini, 5 uşaq atası Coşqun Əsgərov sosial yardım ala bilməməsindən narazıdır.
 
O iddia edir ki, Samux Rayon İcra Hakimiyyəti uşaqlarının dolanışığı üçün tikdiyi istixananı dağıdıb.
 
Əsgərovun sözlərinə görə, məktəbyaşlı övladını da maddi çətinlik səbəbindən məktəbə göndərə bilmir.
 
Gəncə Regional Təhsil İdarəsindən anews.az-ın sorğusuna cavabında bildirilib ki, valideyn övladının qrip olduğunu, səhhətinin düzəldikdən sonra məktəbə göndərəcəklərini deyib.

"Əsgərov Ayxan Coşqun oğlu Samux rayon Qarayeri qəsəbə 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qruplarında təhsil alır. Oktyabr ayının 1-dən noyabr ayının 14-dək Ayxan Əsgərov dərslərdə iştirak edib. Şagird dərsliklərlə tam təmin edilib, ailə vəziyyəti nəzərə alınaraq şagirdə hər zaman xüsusi diqqət yetirilir. Sinif rəhbəri şagirdin məktəbə gəlmədiyi üçün onun valideynləri ilə mütəmadi olaraq əlaqə saxlayıb, amma onlar uşağın tez-tez qrip olduğunu, səhhətindəki problem düzəldikdən sonra məktəbə göndərəcəklərini bildiriblər", - cavabda vurğulanıb.
 
Ətraflı videomaterialı təqdim edirik:

 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti