Uşağın döyüldüyü bağça bütün paylaşımlarını sildi - Fotolar

20:30 | 14.01.2022
İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəbəkə hesabına da diqqət çəkib.

"Qafqazinfo” xəbər verir ki, bağçanın səhifəsində mütəmadi paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin videoların da elə yayılan görüntüdəki şəraitdə - uşaqlara şiddət tətbiq edilərək çəkildiyini iddia ediblər. Uşaqların qorxaq, ürkək baxışları da diqqətdən yayınmayıb.
Bu gün axşam saatlarında isə bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib. Əvvəlcə uşaqların yemək yediyini əks etdirən görüntülər "yoxa çıxıb”, sonradan isə bütün paylaşımlar silinib.

Qeyd edək ki, məsələnin ictimailəşməsindən sonra körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM