Uşağları siqaretdən necə xilas etmək olar? – Ekspert rəyi

09:30 | 05.12.2019
Uşağları siqaretdən necə xilas etmək olar? – Ekspert rəyi

Uşağları siqaretdən necə xilas etmək olar? – Ekspert rəyi

Hər kəs siqaretin nə qədər zərərli olduğu haqqında az da olsa məlumatlıdır. Siqaret bu qədər zərərli ikən hələ də məktəbli və azyaşlı uşaqlara siqaret satanları görə bilirik. Cəzası isə çox yüngül olur. Sadəcə müəyyən məbləğdə cərimə ödəməklə uşaqlar bu cinayətdən canını qurtarırlar. Bu gün demək olar ki, bütün məktəblərin ətrafında olan kiçik market və köşklərdən asanlıqla ədədlə siqaret almaq olar. Bəs bu cür ciddi problemin qarşını almaq üçün nə kimi işlər görülür?

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bunun qarşısını maarifləndirmə yolu ilə almaq olar.
 
"İlk növbədə qeyd edim ki, siqaret çəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoriyasına mənsub olan , xüsusi ilə azyaşlılar, şagirdlər, uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar siqareti əsasən qrup halında çəkirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir.
 
Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamasıdır. Onlara baxıb, bu pis vərdişlərdən istifadə etməyənlər də siqaretdən istifadə edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etməsini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmir. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin proflaktikasını keçməyiblər. Məktəbdə müəlimlər şagirdləri "həyat bilgisi” kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözləməsindən xəbərdar etməlidirlər.
 
Mütəmadi məktəblərdə şagirdlərə siqaretə qarşı təbliğatlar aparılmalıdır. Yalnız bu yolnan olar bundan uzaq dura bilərlər. Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun proflaktikasını keçmişəm. Bu zaman müşahidə etmişəm ki, şagirdlər bunu zərərlərindən xəbərsizdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır. Siqaretdən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər. Çünki bu sahədə onların təcrübələri azdır. Uşaqlar arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə yaşanır. Orada siqaret çəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsunü qəbul edərək passiv formada bundan istifadə edirlər.
 
Onların yanlarında siqaretin çəkilməsi, onların siqaret almağa göndərilməsi uşaqlıarın siqaretə olan marağını oyadır. Bəzi ailələr siqaretin zərərlərindən uşaqlarına bəhs etmirlər və ya bəhs etsələr də, buna qarşı təbliğatı düzgün qura bilmirlər. Nəticə etibarı ilə uşaqlar bu arzuolunmaz vərdişin aludəçisinə çevrilir. İstər valideynər, istərsə də müəlimlər uşaqlara siqaretin praflaktikasını keçməlidir. Onları uşaq yaşlarından bu xoşagəlməz vərdişdən uzaq tutmalıdırlar. Bir neçə ildir ki, 30 dan çox orta məktəbdə "Məktəblinin dostu” layhiəsi var. Layihə ilə əhatə edilən 80% məktəblərdə siqaret çəkilməsi kəskin azalıb. Burada cərimə ilə nəyəsə nazil olmaq çətindir, maarifləndirmə işlərinə daha çox yer vermək lazımdır”.
 
 
 
Deputat Tahir Rzayev isə açıqlamasında bildirib ki, hər bir valideyn ilkin olaraq evdə siqaretə qarşı təbliğat işləri aparmalıdır. Ən başlıca isə valideynlər bu haldan özlərini çəkindirməlidirlər. Əgər uşaq evdə görürüsə valideyn siqaret çəkir və bu zaman öz beynində bu işin yaxşı bir şey olduğunu  formalaşdırır. Mütləq uşaqlarla siqaretin ziyanları barəsində danışıqlar aparmaq lazımdır. Siqaret cəmiyyət üçün, orqanizm üçün ziyanlıdır. Digər tərəfdən məktəblərdə siqaretə qarşı təbliğat işləri aparılmalıdır. Mən bu mövzü ilə bağlı danışanda çox təəssüflənirəm. Çünki Azərbaycanda artıq "siqaret çəkmə” çox cavanlaşıb. Hətta məktəbli və gənc qızların siqaretə qarşı bir aludəçiliyi yaranıb.

Bu mövzü ilə bağlı hər dəfə Milli Məclis iclaslarında müzakirələr gedib ki, məktəblərə yaxın ərazilərdə və köşklərdə siqaret satışı qadağan olmalıdır. Eləcə də gənclərin, uşaqların kütləvi toplaşdığı yerlərdə siqaretin satışı ləğv olunmalıdır. Bununla əlaqədar müəyyən qanunvericilik aktlarına dəyişiklik olub. Cərimələr tətbiq olunub. Müəyyən tələblər qarşıya qoyulub ki, bu sahədə olan adamlar inzibati cəzalara məhkum olunsun. Onu da qeyd etmək istəyirəm ki, qanun hər şeyi həll etmir. Qanun müəyyən qaydaları hüquqi tərəfdən tənzimləyir. Ancaq hər bir vətəndaş başa düşməlidir ki, siqaretin nə qədər böyük ziyanı var və bu geniş təbliğ olunmaldır. Bir sözlə vətəndaş bu mövzuda təbliğatçı olmalıdır. Xarici filmlərə baxanda görürük ki, siqaret çəkilən hisslər dumanlı formada göstərilir. Doğrudur bizim ölkədə də siqaretə qarşı təbliğatlar aparılır amma niyəsə siqaret çəkənlərin sayı artır.

Elə məsələr var ki, onu qanunlar yox insanın öz düşüncəsi təbliğ etməlidir. Ziyanla xeyri dərk edib, başa düşməlidir. Qanunlar onu dərk edib əməl edən şəxslər üçündür. Uşaqlar isə bu qanunları dərk etmirlər. Uşağın əsas qanunu evində aldığı tərbiyədən başlamalıdır. Əsl valideyn övladının hərəkətlərinə nəzarət etməlidir.

 
Psixoloq Gülnar Orucovanin məsələyə bu cür yanaşdı ki: "ümumiyyətlə birinci bilmək lazımdır ki, uşaqlar niyə siqaret çəkir?

Bəzən normadan  artıq özgüvən əksikliyi yaşayanda, ailədə davamlı şiddətə məruz qalanda, uşaqlarda modaya ayaq uydurmaq üçün, bundan əlavə dostlarının yanında özünü böyük göstərmək üçün siqarətə maraq yaranır. Bəzi uşaqlar var ki, hətta soruşanda cavab verir ki, böyüyəndə atam kimi siqaret çəkəcəm. Yəni siqaret çəkməyi o öz böyüyündən gördüyü üçün düşünür ki, siqaret çəkmək böyüməyin ilkin əlamətlərindən biridir.
 
Buna görə də siqaret çəkməyə maraqlı olurlar. Siqaret çəkən uşağların  valideynlərində  təhqir, alçatmaq və ağır cəzalar  kimi çıxış yolları olur.Amma bu yalnış metoddur. Əgər biz uşağa "olmaz” deyiriksə bu zaman bunun niyə olmazını izah etməliyik. Bizdə olmaz kəlməsinin açıqlaması olmadığı üçün bu cür hallar yaşanır. Xaricdə fikir versək görərik ki, siqaretdən əziyyət çəkən insanları dispanserlərə aprarırlar ki, müalicə alıb bu vərdişdən xilas olsunlar. Və sağlam düşüncəyə qayıtdıqdan sonra ona sual verirlər ki, siz yenidən siqaret çəkmək istəyirsizmi?

Azərbaycanda isə belə bir təcrübə yoxdur.Və yaxud biz düşünürük ki, nəyi isə qadağan edəcəyik. Hansısa cəza və cərimə yolu ilə bu məsələni həll edəcəyik. Əslində isə bu yalnış yoldur. Azərbaycanda uşağlara və ya böyüklərə siqarəti atmaq üçün dəstək olan bir qurum yoxdur. Bəzən deyirlər ki, uşaq siqaret çəkməyi atasından görüb həvəsli olub. Amma bəzi elə ailələr var ki, orada heç uşağın böyükləri siqaret çəkmir amma uşağ ətrafındakı təsirlərdən siqaret çəkməyə maraqlı olur.

Bunun qarşını necə almaq olar sualına gəlincə isə deyə bilərəm ki, ilk növbədə olmaz dediyimiz şeyin səbəbini açıqlamlıyıq ki, bu niyə olmaz. İkinci siqaret çəkən uşaqları siqaretdən əziyyət çəkən xəstəlik tapan insanlarla  üzləşdirmək lazımdır ki, görüsünlər ki, nəticə necə olur. Mən əminəm ki, o halda uşaq özü üçün ən doğru qərarı o zaman verə biləcək. Daha sonra sosial çarxlar çəkilməlidir. "Siqaretə yox deyək!” adlı çarxlar yayımlanmalıdır.
 
Necə ki, ölkədə lazımsız xəbərlər sürətlə yayımlanır və insanların real həyatında öz əksini tapır, eləcə siqaretin zərər vurduğu fəsadları çəkib hər kəsə çatdırmaq lazımdır. Daha sonra siqaretin ədədlə satılmasını qadağan etmək lazımdır.Ən əsası isə elə bir qurum yaranmalıdır ki, siqareti atmaq istəyən adam o quruma müraciət edib kömək istəməlidir. Ailələrdə valieynlər mümkün qədər siqaret çəkməməlidir. Daha sonra bizdə bəzi mental çıxışlar var ki, "kişinin başının üstündən tüstü qalxar” bu düşüncələrdən uzaqlaşmalıyıq. Bu cür real olan bütün səbəblərdən özümüz öz düşüncələrimizi xilas etsək məncə bu problemdən xilas ola bilərik”.  
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb