Uşağın cinsinə görə abort cinayət sayıla bilər - Azərbaycanda

13:28 | 13.12.2013
Uşağın cinsinə görə abort cinayət sayıla bilər - Azərbaycanda

Uşağın cinsinə görə abort cinayət sayıla bilər - Azərbaycanda

Millət vəkili: “Belə davam etsə, ölkədə ciddi qız çatışmazlığı yaranacaq”

Azərbaycan Milli Məclisində ölkədə cinsi seleksiyanın (seçmənin) qadağan olunmasının müzakirəyə çıxarılması planlaşdırılır.

 

Parlamentdən verilən məlumata görə, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, eyni zamanda müvafiq olaraq Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə maddələrin salınması təklif olunur.

 

Əlavələrə görə, Azərbaycanda uşağın ana bətnində cinsiyyəti məlum olduqdan sonra cinsinə görə abortlar qadağan ediləcək. Səbəb son vaxtlar qız uşaqlarının abort edilməsi və bunun da demoqrafik statistikaya ciddi təsir göstərmə təhlükəsidir.

 

Məsələ ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, o bu təklifin başlıca tərəfdarlarındandır: “Hətta mən deyərdim biz bu məsələdə gecikmişik. Çünki əhali sayında cinsi nisbətin kəskin fərqlənməsi cəmiyyətdə bütün sferalarda elə fəsadlar yaradır ki, bunun həm qarşısını almaq çox çətin olur, həm də genofonda, etnik məsələlərə də ciddi təhlükə yaradır. Belə davam etsə, ölkədə ciddi qız çatışmazlığı yaranacaq. Son 2 ilin göstəricisinə əsasən, ölkədə doğulan uşaqların 46 faizini qızlar təşkil edib ki, bu rəqəm ildən-ilə daha da azalır. Səbəb də əsasən qız uşaqlarının cinsi məlum olan kimi valideynlər tərəfindən abort edilməsidir”.

 

R. Cəbrayılov bildirib ki, növbəti sessiyada təklifi layihə formasında Milli Məclisi təqdim etməyi planlaşdırırlar. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM